Unuda Bilmirəm / Gəl İnad Etmə
Arzu Əliyeva
16:38Gedirsən, get, get, əzizim Sənin yollarına min uğur Son qərarın getmək oldu Sənə necə deyim, getmə, dur? Gedirsən sən məni qoyub Yalqız qoyub bir bənövşətək Gedirsən, get, həsrətindən Bil ki, saçıma dən düşəcək İndi hicran zamanı Nə söyləyim sənə mən? Gözlərim yollarına Dikiləcək bu gündən Səni gözləyəcəyəm Gəlsən də, gəlməsən də Əgər sən xoşbəxt olsan Bil ki, xoşbəxtəm mən də Əgər sən xoşbəxt olsan Bil ki, xoşbəxtəm mən də A-a-a... a-a-a A-a-a... a-a-a Hm... hm... hm... hm Gedirsən, get, gedişinlə Alır məni kədər, qüssə, qəm Gedirsən sən, ayrılığa Sənsiz necə mən dözəcəyəm? Başımı mən söykəyəcəm Sənin surətinin köksünə Dərdimi mən söyləyəcəm Sənin xəyalının əksinə İndi hicran zamanı Nə söyləyim sənə mən? Gözlərim yollarına Dikiləcək bu gündən Səni gözləyəcəyəm Gəlsən də, gəlməsən də Əgər sən xoşbəxt olsan Bil ki, xoşbəxtəm mən də Əgər sən xoşbəxt olsan Bil ki, xoşbəxtəm mən də A-a-a... a-a-a A-a-a... a-a-a Hm... hm... hm... hm Getmək istəyirsən, bəhanəsiz get Getmək istəyirsən, bəhanəsiz get Oyatma mürgülü xatirələri Səsin həmin səsdir, baxışın ögey Gedirsən, səsin də yad olsun barı Sən dəniz qoynuna atılmış çiçək Üstünə dalğalar atılacaqdır Ey... Aman, ey Saxta məhəbbətin saxta sənədtək Nə vaxtsa üstündə tutulacaqdır Demirəm, sən uca bir dağsan, əyil Demirəm, qalıbdır əlacım sənə Nə səndə məhəbbət qara pul deyil Nə mən dilənçiyəm əl açım sənə Ay... Aman... Yar, ay aman... Aman... Ey Döşənim yollartək ayaqlarına Sənə yalvarımmı? Bu, mümkün deyil Qoymaram, aman, ey, aman Qoymaram, qəlbimtək vüqarım sına Alçalıb yaşamaq ömür-gün deyil Getmək istəyirsən, o, yol, o da sən Getmək istəyirsən, o, yol, o da sən Bir cüt göz baxacaq arxanca sənin Getdinmi, geriyə dönmək istəsən Tikanlı yastığa dönəcək yerin Getmək istəyirsən, nə danış, nə din Yox ol uzaqlartək dumanda, çəndə Nəyimi sevmişdin, deyə bilmədin İndi isə yüz eyib görürsən məndə Ay, aman... Yar... Yarım, aman, ax, ay aman Dad, aman, ey Maral qaçar dağ üstə Bülbül uçar bağ üstə Maral qaçar dağ üstə Bülbül uçar bağ üstə Niyə məndən küsürsən Dağ çəkirsən dağ üstə? Niyə məndən küsürsən Dağ çəkirsən dağ üstə? Getmə, getmə, maralım Nə ki dərdin var alım Gözünə düz baxmasam Gözlərimdən salarım Getmə, getmə, maralım Nə ki dərdin var alım Gözünə düz baxmasam Gözlərimdən salarım Sev ki, sevən mərd olar Sevməyən namərd olar Sev ki, sevən mərd olar Sevməyən namərd olar Sevəsən, ayrılasan Bax bu, yaman dərd olar Sevəsən, verməyələr Bu da yaman dərd olar Sevgilini sınama Sınayırsan, qınama Dolanагаm bаşınа Gəlin olsam anana Sevgilini sınama Sınayırsan, qınama Dolanагаm bаşınа Gəlin olsam anana Sənə könül bağladım Çaylar kimi çağladım Sənə könül bağladım Çaylar kimi çağladım Mən səni bir duyğutək Ürəyimdə saxladım Səni mən bir duyğutək Ürəyimdə saxladım Qara gözün zil qara Kirpiyin də mil qara İnanmasan eşqimə And içərəm ilqara Qara gözün zil qara Kirpiyin də mil qara İnanmasan eşqimə And içərəm ilqara Sözün şəkər, qənd olar Rəqibə rişxənd olar Ey, sözün şəkər, qənd olar Rəqibə rişxənd olar Bülbül də gül bağında Bircə gülə bənd olar Bülbül də gül bağında Bircə gülə bənd olar Sevgilini sınama Sınayırsan, qınama Dolanагаm bаşınа Gəlin olsam anana Sevgilini sınama Sınayırsan, qınama Dolanагаm bаşınа Gəlin olsam anana Sevgilini sınama Sınayırsan, qınama Dolanагаm bаşınа Gəlin olsam anana Sevgilini sınama Sınayırsan, qınama Dolanагаm bаşınа Gəlin olsam anana