İrəvanda Xal Qalmadı (Feat. Vüsal Zamanov)

İrəvanda Xal Qalmadı (Feat. Vüsal Zamanov)

Arzu Əliyeva

Альбом: İfalar, Vol. 2
Длительность: 5:39
Год: 2023
Скачать MP3

Текст песни

İrəvanda xal qalmadı
O xal nə xaldır, qoşa düzdürmüsən?
De görüm, nə xaldır, qoşa düzdürmüsən?

Daha məndə can qalmadı
Daha məndə can qalmadı
O xal nə xaldır, qoşa düzdürmüsən?
De görüm, nə xaldır, qoşa düzdürmüsən?
Xal mənim, yar mənim, ixtiyar mənim
Xalxa nə borcdur, belə düzdürmüşəm?
Yarım deyibdir, qoşa düzdürmüşəm
Xalxa nə borcdur, belə düzdürmüşəm?
Yarım deyibdir, qoşa düzdürmüşəm

İrəvanda gəzən gəlin
O xal nə xaldır, qoşa düzdürmüsən?
De görüm, nə xaldır, qoşa düzdürmüsən?

Ürəyimi üzən gəlin
Ürəyimi üzən gəlin
O xal nə xaldır, qoşa düzdürmüsən?
De görüm, nə xaldır, qoşa düzdürmüsən?
Xal mənim, yar mənim, belə ixtiyar mənim
Xalxa nə borcdur, belə düzdürmüşəm?
Yarım deyibdir, qoşa düzdürmüşəm
Xalxa nə borcdur, belə düzdürmüşəm?
Yarım deyibdir, qoşa düzdürmüşəm

Qoymusan hüsnünə həsrət, a gözü qarə, məni
Qoymusan hüsnünə həsrət, a gözü qarə, məni
Etmisən eşqin ucundan necə avarə məni
Vurmusan bir elə ox qəlbimə, ey şuxum mənim
Yox gümanım sağalam, öldürər bu yara məni

Özünü bülbül edibdir, çəməni bağ içrə
Çəkməyib... Yar... Ay canım
Çəkməyib eşq odunu, oxşadır əğyara məni
Ay aman, ay aman
Bisavadın canını almağa qəsdin varsa
Bisavadın canını almağa qəsdin varsa
O mənəm, çək, gözəlim
O mənəm, çək, gözəlim, birdəfəlik darə məni
Yar... Ay aman... Aman, aman
Aman, ay dadi-bidad... Ey
Xalxa nə borcdur, qoşa düzdürmüsən?
Yarın deyibdir, qoşa düzdürmüsən
Xalxa nə borcdur, qoşa düzdürmüşəm?
Yarım deyibdir, qoşa düzdürmüşəm