Hər Şey Gözəldir (Feat. Akif İslamzadə & Brilliant Dadaşova)
Cavanşir Quliyev
4:01Günlər keçir ağır-ağır səndən ayrı. Yollarıma gecə-gündüz çiskin-çiskin kədər yağır Səndən ayrı. Qulağımda gülüşünün şəlaləsi səndən ayrı. Xəyalımda titrək, kövrək Dodağının piyaləsi səndən ayrı. Dəniz gəlir dalğa-dalğa, qıvrım-qıvrım dönür geri sənsiz görüb sahilləri. Küləklər də sığallamır Çiçəkləri səndən ayrı. Nəğmələr də nəğmələnmir səndən ayrı. Şərqilər də ləpələnmir sənsizlikdə. Buludlar da yırğalanır həzin-həzin. Həsrətindən dəliləşib qırçınları göy dənizin. Quşlar susub, nəğmələnmir sənsizlikdə. Şəfəqlər də ləpələnmir Sənsizlikdə. İndi söylə, mən neyləyim?