Dostlar (Remake)

Dostlar (Remake)

Ədalət Şükürov

Альбом: Dostlar (Remake)
Длительность: 3:59
Год: 2025
Скачать MP3

Текст песни

Uşaqlığın son gecəsində
Biz ayrıldıq məhəlləmizdən
O gündən neçə illər keçdi
Bir səs-soraq çıxmadı sizdən
Vüqar futbolu çox sevirdi
Amma indi olub mühəndis
Bizə hərdən şeir deyirdi
İndi həkim olan Mübariz
Bizə hərdən şeir deyirdi
İndi həkim olan Mübariz
Yığışmışıq, yığışmışıq, illər ötüb, yığışmışıq
Məhəllədə qalan uşaqlar
Darıxmışdım, darıxmışdım, sizin üçün darıxmışdım
Yaman darıxmışdım, a dostlar
Neçə dəfə dalaşmışıq, hər dəfə də barışmışıq
Məhəllədə qalan uşaqlar
Darıxmışdım, darıxmışdım, sizin üçün darıxmışdım
Yaman darıxmışdım, a dostlar
Darıxmışdım, darıxmışdım, sizin üçün darıxmışdım
Yaman darıxmışdım, a dostlar

Maşın xəstəsi idi Ələkbər
Avtoservis açıbdır indi
Hərbi məktəbə getdi Xəzər
Sonradan zabit olmaq üçün
Aramızdan gedənlər oldu
Yad edirik onları hərdən
Hərə bir tərəfə dağıldı
Xatirə qaldı küçəmizdən