Qadan Allam (2025)
Ədalət Şükürov
3:35Günlər keçir, həyat - ömür dayanmır Bəzən yatır, nə etsən də, oyanmır Gözlədiyin bu gün olur, sabah yox Olan olur bu həyatda, günah yox Qulaq asma pis adamın sözünə Elə yaşa, ləzzət etsin özünə Yaxşılıq et, onu bilən biləcək Heç darıxma, gözəl günlər gələcək Bu həyat gözəldir, dost Təki onu gözəl görəsən Mənim üçün söyləmə tost Hərdən soruş: "Dostum, necəsən?" Bu həyat gözəldir, dost Təki onu gözəl görəsən Mənim üçün söyləmə tost Hərdən soruş: "Dostum, necəsən?" Hər kəsin ömründə çətinlik olur Adam bəzən iş-gücündən yorulur Əgər üzülsən, bunları dərd edib Görəcəksən, ömrün yarısı gedib Haradan gəlir, hara gedir bu zaman Bunu bilmir yer üzündə bir insan İşini gör, başqa işə qarışma Özündən de, başqasına danışma Bu həyat gözəldir, dost Təki onu gözəl görəsən Mənim üçün söyləmə tost Hərdən soruş: "Dostum, necəsən?" Bu həyat gözəldir, dost Təki onu gözəl görəsən Mənim üçün söyləmə tost Hərdən soruş: "Dostum, necəsən?" Bu həyat gözəldir, dost Təki onu gözəl görəsən Mənim üçün söyləmə tost Hərdən soruş: "Dostum, necəsən?" Bu həyat gözəldir, dost Təki onu gözəl görəsən Mənim üçün söyləmə tost Hərdən soruş: "Dostum, necəsən?"