Küsüb Getdi
Gülağa Məmmədov
3:21Buludlarım ağlamasın, Ürəyimi dağlamasın, Məni yoldan saxlamasın, Gözləyən var məni! Yerin yoxsa buludlarda, Bu qəlbimə mənim yığış, Dayan, yağış, aman, yağış, Çöldən yığış, yoldan yığış. Ağladarsan nərgizləri, Yoldan qalar, yar, gözləri. Buludlarım ağlamadı, Ürəyimi dağlamadı, Məni yoldan saxlamadı, Gözəlimi gördüm. Külək əsdi sərin-sərin, Gözü güldü nərgizlərin, Oyandılar zərif güllər, Dağlar gülər, düzlər gülər, Buludlarım başa düşür, Bilirlər ki, yar görüşür.