Şirin Dil
Gülağa Məmmədov
3:57Şahdağından əsən külək saçlarını darasın Səni sevən Qudyalçayın sahilində arasın Dilin ana torpağının meyvəsindən şirindir Məhəbbətin ürəyimdə dəryalardan dərindir Həyatımın çiçəyisən, Qubalı qız, Qubalı Göyçəklərin göyçəyisən, Qubalı qız, Qubalı Həyatımın çiçəyisən, Qubalı qız, Qubalı Vətənimin bəzəyisən, Qubalı qız, Qubalı Nəfəsindən duyuram mən çiçəklərin ətrini Bu dünyada mənim kimi bilən hanı qədrini Şöhrətini ulduzlara, aya, günə yazmışam Surətini ürəyimin divarından asmışam Həyatımın çiçəyisən, Qubalı qız, Qubalı Göyçəklərin göyçəyisən, Qubalı qız, Qubalı Həyatımın çiçəyisən, Qubalı qız, Qubalı Vətənimin bəzəyisən, Qubalı qız, Qubalı