Dəşti Təsnifi (Şiire Gazele)
Əlibaba Məmmədov
3:13Bənzərəm bülbülə, gülzari-vətəndə gülə sən, Mən əgər ağlasam eşqində, gərək sən güləsən! Nə qədər cövr eləsən, inciyən olmaz səndən, Eşqi vardır sənə xəlqin, gözəlim, bir dənəsən. Qısqanırlar sənə, ardınca güdürlər gecələr, -2 Gözlə ki, düşməyəsən boş yerə dildən-dilə sən! -4 Yaşının azlığına baxma, kamalın çoxdur, -2 Az zamanlarda gələrsən, gözəlim, hasilə sən. Naz ilə yol yerişin, sadəliyin xoşma gəlir, Bir cəhət var ki, yaraşmır sənə kəmhövsələsən. Vahidin dəhrdə divaneyi-eşq olmağına, -2 Etmə zəncir kimi zülfün üzə silsilə sən. -4