Bakı

Bakı

Əlibaba Məmmədov

Длительность: 4:22
Год: 2025
Скачать MP3

Текст песни

Bakı, göz dəyməsin, gözəlsən yaman
Adına bağlıdır zəfərim mənim
Bakı, göz dəyməsin, gözəlsən yaman
Adına bağlıdır zəfərim mənim

Mahnılar qoşuram bu cəlalına
Keçmişində qalıb kədərim mənim
Mahnılar qoşuram bu cəlalına
Keçmişində qalıb kədərim mənim

Gündüzün kimidir gecələrin də
Ayaq izlərim var küçələrində
Gündüzün kimidir gecələrin də
Ayaq izlərim var küçələrində

Olsam da dünyanın mən hər yerində
Sənsiz açılmayır səhərim mənim
Olsam da dünyanın mən hər yerində
Sənsiz açılmayır səhərim mənim

Şeirimsən, mahnımsan, sözümsən, Bakı
Mənim uzaqgörən gözümsən, Bakı
Canım, ciyərimsən, özümsən, Bakı
Sayıq keşikçindir nəzərim mənim
Öz mavi aynamdır Xəzərim mənim
Öz mavi aynamdır Xəzərim mənim