Xudayar Təsnifi
Seymur Məmmədov
Yollar boyu gül-çiçək, Sərin-sərin yel əsir. Narahatdır bir ürək, Qız görüşə tələsir. Bu görüş bəxtiyarlıq, Səadət müjdəsidir. Nəqərat: Bu nişandır, bu toydur, Bu bir mahnı səsidir. Oğlan intizardadır, Ürəyi tez-tez əsir. Gözləri yollardadır, Qız görüşə tələsir. Bu ilk sevgi, ilk görüş, Deyin: “Uğurlu olsun!” Onların payı gülüş, Yolları nurlu olsun. Yol verin ey adamlar, Ləngitməyin onu siz, Görüşə vədəsi var, Məgər sevməmisiniz? Nəqərat: Oğlan intizardadır, Ürəyi tez-tez əsir. Gözləri yollardadır, Qız görüşə tələsir