Bir Dənəsən
Əlibaba Məmmədov
3:20Səfərdəyəm, səfərimi, Vurmamışam başa hələ. Arzularım, əməllərim, Toxunmayıb daşa hələ. Nəqərat: İlləri yola salmışam, Mahnı qoşub saz çalmışam. Ömür deyir: “Qocalmışam”, Ürək deyir: “Yaşa hələ!” Dolanıb kəndi, şəhəri, Dağlarda açdım səhəri. Könlüm gəzir üfüqləri, Dönüb qızıl quşa hələ.