Sadəlövh
Orkhan Zeynalli
2:57Silinməz yaddaşımdan Ötüb-keçən illər (ötüb-keçən illər) Hər kəsin həyatında (hər kəsin həyatında) Qoyub gedir izlər (qoyub gedir izlər) Həyat açır gülləri (həyat açır gülləri) Solub gedir günlər (solub gedir günlər) Geriyə qalır bizdən acı və şirin xatirələr Silinmir xatirələr Həyatın açdığı güllərdən mənə ləçək ver Qoyub getdiyim səhralıqlar indi Məndən öncə gölməçə idi Arzular həyatımızı toxuyan hörümçəkdir Gözəlliklərin ömrü onu yaxından görüncə idi Bizim haqda eləyər kim qeybət, kimi söhbət Mən, yəqin, daha çox xatirələrdəki müsibət "Bu adamdan bir şey çıxmaz",-deyənlər var idi ki Çıxdığım yerlərə uzaqdan baxmaq üçün izimdədir Soyuducuda öz vaxtını gözləyir intiqam Xəritələrimizdəki xətti çəkir indi qan Uduzduqca sevgi münasibətləri münasib ərə Qeyri-sağlam ailənin hər gün tutar evin divan İllərin tükəndiyini görürəm öz saçımda Şəkilsiz yaddaş hörürəm yenə öz xaçımla Adım hərflər kimi gizlənəcək yazılarda Görəsən, kim indi əbədi evimizi qazır harada?! Silinməz yaddaşımdan ötüb-keçən illər Hər kəsin həyatında qoyub gedir izlər Silinməz yaddaşımdan Ötüb-keçən illər (ötüb-keçən illər) Hər kəsin həyatında (hər kəsin həyatında) Qoyub gedir izlər (qoyub gedir izlər) Həyat açır gülləri (həyat açır gülləri) Solub gedir günlər (solub gedir günlər) Geriyə qalır bizdən acı və şirin xatirələr Silinmir xatirələr