Ana Yurdum

Ana Yurdum

Şövkət Ələkbərova

Альбом: İfalar, Vol. 7
Длительность: 4:25
Год: 2022
Скачать MP3

Текст песни

Uzun-uzun yollarda
Gəldik, keçdik karvanı
Xəyalımdan getməyir
Doğma Azərbaycanım
Xəyalımdan getməyir
Doğma Azərbaycanım
Ana yurdum, ana yurdum
Haraya uçub getsəm, bil
Sən mənimsən, ana yurdum
Ana yurdum, ay anam Azərbaycanım

Nil axdı, Araz dedim
"Kürümdən olmaz"- dedim
Dərin ümmanlar üzdüm
"Xəzərdən dayaz" - dedim
Dərin ümmanlar üzdüm
"Xəzərdən dayaz" - dedim
Ana yurdum, ana yurdum
Haraya uçub getsəm, bil
Sən mənimsən, ana yurdum
Ana yurdum, ay anam Azərbaycanım

Quş uçar budağında
Can gedər otağından
Könül dönməz, göz doymaz
Öz ana torpağından
Könül dönməz, göz doymaz
Öz ana torpağından
Ana yurdum, ana yurdum
Haraya uçub getsəm, bil
Sən mənimsən, ana yurdum
Ana yurdum, ay anam Azərbaycanım