Dəli Ceyran

Dəli Ceyran

Şövkət Ələkbərova

Альбом: İfalar, Vol. 6
Длительность: 7:18
Год: 2022
Скачать MP3

Текст песни

Gözəlim, aşiqini salma nəzərdən
Həsrətindən ölürəm, gəl bizə hərdən
Gözəlim, aşiqini salma nəzərdən
Həsrətindən ölürəm, gəl bizə hərdən
Sənə çoxdan vurulub bu dəli könlüm
Neyləyim ki, xəbərin yoxdur xəbərdən?
Gəl mənə naz eləmə, ay dəli ceyran
O qara gözlərinə olmuşam heyran
Gəl mənə naz eləmə, ay dəli ceyran
O xumar gözlərinə olmuşam heyran

Bir dönüb baxmaq ilə canımı aldın
Məni Məcnun eləyib çöllərə saldın
Bir dönüb baxmaq ilə canımı aldın
Məni Məcnun eləyib çöllərə saldın
Mən sənə inandım, öz könlümü verdim
Məni atıb, gedib əğyara yar oldun
Gəl mənə naz eləmə, ay dəli ceyran
O qara gözlərinə olmuşam heyran
Gəl mənə naz eləmə, ay dəli ceyran
O xumar gözlərinə olmuşam heyran

Sən gəzirsən, gözəlim, qeyriylə mənsiz
Necə dözsün ürəyim hicrinə sənsiz?
Sən gəzirsən, gözəlim, qeyriylə mənsiz
Necə dözsün ürəyim hicrinə sənsiz?
Sənə çoxdan vurulub bu yazıq könlüm
Necə dözsün, gözəlim, bu könül sənsiz?
Gəl mənə naz eyləmə, ay dəli ceyran
O qara gözlərinə olmuşam heyran
Gəl mənə naz eyləmə, ay dəli ceyran
O qara gözlərinə olmuşam heyran