Gecələr
Tacir Şahmalıoğlu
3:56Göy üzündən yerlər uzaq görünər Yerdəkilər göyə doğru sürünər Hər gün ruhum parça-parça bölünər Yolun düşsə bu dünyaya, bir də gəl Yolun düşsə bu dünyaya, bir də gəl Ağrılarım, acılarım dinməyir Sən gedəndən bir gün üzüm gülməyir Bu dünyanı görən gözüm görməyir Yolun düşsə bu dünyaya, bir də gəl Bilirəm ki, getdiyin yol uzaqdır Hər bayramım bir tələdir, tuzaqdır Hər bayramım bir tələdir, tuzaqdır Sən gedəndən ev-eşik də sazaqdır Sən gedəndən ev-eşik də sazaqdır Yolun düşsə bu dünyaya, bir də gəl Ey, yolun düşsə bu dünyaya, bir də gəl Gündüzlərim döndü gecə oldu, gəl Cavanlığım yavaş-yavaş soldu, gəl Səndən sonra dünya bomboş qaldı, gəl Yolun düşsə bu dünyaya, bir də gəl Yolun düşsə bu dünyaya, bir də gəl Duman çöküb, yollarımı görmürəm Nə müddətdir, danışmıram, gülmürəm Getdiyin yer hər necədir, bilmirəm Yolun düşsə bu dünyaya, bir də gəl Səndən sonra dünya necə dar oldu Dərdlərimə göz yaşlarım yar oldu Dərdlərimə göz yaşlarım yar oldu Bilsən, ömrüm necə ahu-zar oldu Bilsən, ömrüm necə ahu-zar oldu Yolun düşsə bu dünyaya, bir də gəl Ey, yolun düşsə bu dünyaya, bir də gəl Gəl, yolunu uca dağlar gözləyir Gül-çiçəkli barlı-bağlar gözləyir Vəsilənin gözü yollar gözləyir Yolun düşsə bu dünyaya, bir də gəl Yolun düşsə bu dünyaya, bir də gəl Gəl, yolunu uca dağlar gözləyir Gül-çiçəkli barlı-bağlar gözləyir Vəsilənin gözü yollar gözləyir Yolun düşsə bu dünyaya, bir də gəl Yolun düşsə bu dünyaya, bir də gəl