Ağla
Xanım Ismayılqızı
5:06Gözündə bir məna oxudum sənin Məni axtarırmış, məni gəzirmiş Sənin gözün kimi mənim gözlərim Sənə həsrət idi, səni gəzirmiş Susmuşdu, danışdı baxışlarımız Sən məni oxşadın, mən səni sevdim Ətrafda çox idi tanışlarımız Amma sən mənimdin, mən də sənindim Gəl səninlə sərsəm bir eşq yaşayaq Uçuraq sədləri, aşaq dağları Gəl bu sevgimizin həmdəmi olaq Qovuşsun həsrətin çat dodaqları Gəl səninlə sərsəm bir eşq yaşayaq Uçuraq sədləri, aşaq dağları Gəl bu sevgimizin həmdəmi olaq Görüşsün həsrətin çat dodaqları Gözünü gözümdən çəpərləmişəm Mənim gözlərimdən çıxa bilməzlər Sənin baxışını çox gözləmişəm Mənim gözlərimdən çıxa bilməzlər Ver o gözlərini, qoy məndə qalsın Heç kəsə baxmasın məndən savayı Gözüm gözlərində alışsın, yansın Heç kəsi sevməsin məndən savayı Gəl səninlə sərsəm bir eşq yaşayaq Uçuraq sədləri, aşaq dağları Gəl bu sevgimizin həmdəmi olaq Qovuşsun həsrətin çat dodaqları Gəl səninlə sərsəm bir eşq yaşayaq Uçuraq sədləri, aşaq dağları Gəl bu sevgimizin həmdəmi olaq Görüşsün həsrətin çat dodaqları Gəl səninlə sərsəm bir eşq yaşayaq Uçuraq sədləri, aşaq dağları Gəl bu sevgimizin həmdəmi olaq Görüşsün həsrətin çat dodaqları