Əvəzsizim

Əvəzsizim

Zamiq Hüseynov

Альбом: Əvəzsizim
Длительность: 4:25
Год: 2021
Скачать MP3

Текст песни

Ulduz kimi səmalara uzaqsan
Kölgə kimi həyatıma qonaqsan
İşıq kimi zülmətimə çıraqsan
Neylərəm sənsiz?
Neylərəm sənsiz bu dünyanı?
Ulduz kimi səmalara uzaqsan
Kölgə kimi həyatıma qonaqsan
İşıq kimi zülmətimə çıraqsan
Neylərəm sənsiz?
Neylərəm sənsiz bu dünyanı?

İllər keçsə də, sevgimin tək şahidisən
Qəlbim evindir, sən onun tək sahibisən
Mən sevməyi, bil, sənlə öyrəndim
Əvəzsizim
Duyğularımın, hisslərimin ünvanısan
Bu dünyada sən ən sevimli insanımsan
Mən sevməyi, bil, səndən öyrəndim
Əvəzsizim

Səsin qulağımda ən şirin səsdir
Qəlbin qəlbimə bağlı bir qəfəsdir
Bir günlük sənsizlik mənə bir ömür bəsdir
Neylərəm sənsiz?
Neylərəm sənsiz bu dünyanı?
İllər keçsə də sevgimin tək şahidisən
Qəlbim evindir, sən onun tək sahibisən
Mən sevməyi, bil, sənlə öyrəndim
Əvəzsizim
Duyğularımın, hisslərimin ünvanısan
Bu dünyada sən ən sevimli insanımsan
Mən sevməyi, bil, səndən öyrəndim
Əvəzsizim

İllər keçsə də sevgimin tək şahidisən
Qəlbim evindir, sən onun tək sahibisən
Mən sevməyi, bil, sənlə öyrəndim
Əvəzsizim