Bir Yaz Axşamı

Bir Yaz Axşamı

Ədalət Şükürov

Альбом: 10 İl 10 Mahnı
Длительность: 3:38
Год: 2005
Скачать MP3

Текст песни

Bir yaz axşamı yandırdım şamı
Neçə vaxtdır, görmürəm səni
Bir yaz axşamı taxdım nişanı
Sevgilim, sənin barmağına
Üzük qaşsiz qalıb, qızıl da xal saldı
Güzgünü toz aldı, qayıtmadın
Bu şam bütün gecə sönür-yanır necə?
Sönməsin, gur yansın, bəlkə, gəldin
Ürəyim tup-tup döyünür hər dəfə
Sənin şəklini divarda görəndə
Qapını tuk-tuk kimsə döyəndə
Gedirəm açmağa, bəlkə, gəldin
Ürəyim tup-tup döyünür hər dəfə
Sənin şəklini divarda görəndə
Qapını tuk-tuk kimsə döyəndə
Gedirəm açmağa, bəlkə, gəldin
Bir yaz axşamı döysən qapımı
Sənin addımını hiss etsəm
Gedərəm, açım, evə buraxım
Nurla dolsun mənim boş evim
Sənin saçlarına taxardım bir sıra
Nərgiz güllərini xırda-xırda
Şam yansın, sönməsin, kaş suya dönməsin
Ürəyi bölməsin iki yerə
Ürəyim tup-tup döyünür hər dəfə
Sənin şəklini divarda görəndə
Qapını tuk-tuk kimsə döyəndə
Gedirəm açmağa, bəlkə, gəldin
Ürəyim tup-tup döyünür hər dəfə
Sənin şəklini divarda görəndə
Qapını tuk-tuk kimsə döyəndə
Gedirəm açmağa, bəlkə, gəldin

Sən başqa evdə yerini tapdın
Boş bir ürəkdə yuva saldın
Ay, mən də hər axşam yandırıram şam
Bəlkə, şam işığına gəldin
Gecə uzun gecə, tənhalı bir gecə
Arzuları heçə salıbsan, yar
Üzük qaşsız qaldı, qızıl da xal saldı
Güzgünü toz aldı, qayıtmadın
Ürəyim tup-tup döyünür hər dəfə
Sənin şəklini divarda görəndə
Qapını tuk-tuk kimsə döyəndə
Gedirəm açmağa, bəlkə, gəldin
Ürəyim tup-tup döyünür hər dəfə
Sənin şəklini divarda görəndə
Qapını tuk-tuk kimsə döyəndə
Gedirəm açmağa, bəlkə, gəldin
Bəlkə, gəldin, bəlkə, gəldin