Divanə Kimi
Kərim Novruzov
6:16Eşid ey nazlı Mələk, keçmişə bir eylə nəzər Iki sevgim var idi, qəlbdə sən, bir də Xəzər Siz idiniz qəlbimə hakim, mənə candan da əziz Bir-birindən də gözəl, sən və təlatümlü dəniz (2) İndiki keçmişə edirsən nəzər De ki sevgiyə axı kim dözər İkimizdən birin sevərdin gərək Seçim etməliydin ya Mən, ya Xəzər (2) Bir zaman bu sahildə tapmışdım məhəbbətimi Aldı məndən apardı dalğalar səadətimi Yada saldıqca bulaj dalğalanan tellərini Gəzirəm həsrət ilə ötən gənclik illərini (2) Bir vaxt yadındami sənlə baş-başa, İkimiz sahili gəzərdik qoşa Bəlkə də günahkar mavi Xəzərdir, Yetmədi buna kam sevgimiz başa (2) Mən varam sən isə yoxsan Xəzər, əvvəlki kimi Edirəm sahilə sənsiz nəzər əvvəlki kimi.. Qalıbdı ilk görüşümüzün yeri əvvəlki kimi.. Qayıdarmı ötən illər geri əvvəlki kimi.. Məhəbbət atəşi sönməz heç zaman Uca zirvələrdən enməz heç zaman Ötüb keçən günə heyifislənmə mən Ötüb keçən geri dönməz heç zaman (4)