Gəl Və Bax
Qaraqan
3:15Həzin nəğmələr, sayrışan səma Əlin əlimdə, dolu bir məna Ala gözlərin dolu yaş ilə Həzin nəğmələr, qərib aşiqlər Həzin nəğmələr, sayrışan səma Əlin əlimdə, dolu bir məna Ala gözlərin dolu yaş ilə Həzin nəğmələr, qərib aşiqlər Yadındamı, tut ağacın silkələrdik Meyvələr bəyaz yorğan üzlərinə tökülərdi Ayaqlarımızı yandırardı qum Hoppanardıq kölgələrdən kölgələrə Ata saxlayardı maşını Yolun kənarında biz qaçardıq bulaq başına Qoparardıq yaraların qabığın, ana danlayardı "Ay bala, olmaz yaranı qaşımaq" Yadındamı, qonşunun üzün görmədən Vurula bilərdik təkcə onun adına Küçə itləri gedərdi harasa Biz də quyruq kimi düşərdik bunların dalına Yadındamı, mənim yadımdadı Birinci öpüşün dili dadımdadı, yox, dadı dilimdədi Xatirələr qarışır bir-birinə Sanki üst-üstə yazılan filmdəyik Həzin nəğmələr, sayrışan səma Əlin əlimdə, dolu bir məna Ala gözlərin dolu yaş ilə Həzin nəğmələr, qərib aşiqlər Həzin mahnılardan gəlir 90-ların ətri İnsanların əsili, təbii və saf — ürəklər hələ sevə bilir Elektriçkalar Bakı bağlarının qumunu şəhərə gətirir İşıqlar sönəndə, yadındamı Bütün ailəni birləşdirərdi bircə şam Kiçik avtomobillər, amma böyük ürəklər Əsl insanlıq dolu yaşam Yadındamı, yağan qarı biz tuturduq dilimiz ilə Və bu gəlmirdi qəribə bizə Kubinkanın bir mərtəbə evləri ilə Kəsə yol ilə gedirdik qonşumuzgilə Yadındamı, hamımız necə qardaş idik Cırılmış köhnə top və iki daş ilə Evimiz küçələr idi, qaraj idi Əsl evimizə biz gedirdik ancaq su içməyə Yadındamı, necə birisi idin Özün idin, hə, amma bir az dirisi idin Bir az sevgisi iti, bir az gülüşü azad Sevirdilər səni — üzün filtersiz idi Yadındamı, necə birisi idik Azadlığın dəlisi idik, biz hamımız sanki bir idik Kimin atasının maaşı nə qədər Mənasız idi, lazımsız idi və gerisi idi Həzin nəğmələr, sayrışan səma Əlin əlimdə, dolu bir məna Ala gözlərin dolu yaş ilə Həzin nəğmələr, qərib aşiqlər Həzin nəğmələr, sayrışan səma Əlin əlimdə, dolu bir məna