Yuxuya Bənzər Şəhər
Zəka Zeynalov
Şəhər sükut içində Adamlar yoxa çıxmış Elə bil bu şəhərdə Heç adam yaşamırmış Ağlı‐qaralı şəhər Yuxuya bənzər şəhər Həmişə gülən şəhər Elə bil ağlayırmış Bir nişan yox həyatdan Ölüm yağır uzaqdan Bu qədər qaranlıqdan Şəhər sıxılacaqmış Özündən getmiş şəhər Tükənib‐bitmiş şəhər Varlığı itmiş şəhər Elə bil yaşamırmış Bir nişan yox həyatdan Ölüm yağır uzaqdan Bu qədər qaranlıqdan Şəhər sıxılacaqmış Özündən getmiş şəhər Tükənib‐bitmiş şəhər Varlığı itmiş şəhər Elə bil yaşamırmış