Bağlı Qapı [Meyxana] (Feat. Vüqar Əbdülov)
Ədalət Şükürov
3:39Artıq qovuşmuşuq... Açıldı eşqin qapısı üzümüzə Şadlıq ilə doldu fərəh gözümüzə Çəkdiyimiz "ah" çəkilib dağlara Fəsli-bahar gəldi yenə bağlara Qurtarıb hicran dəminin müddəti Yetdi sona eşqimizin həsrəti Açıldı eşqin qapısı üzümüzə Bezdirib məni külək İsladıb yağan yağış Mən yarımla barışdım Sən də barış, gül, danış Mən yarımla barışdım Sən də barış, gül, danış Dostumla görüşdüm... Ülvidir bir-birinə olan sevgimiz Yoxdur bizim saxta, yalan sevgimiz Candan əzizdir bizə cananımız Saxta deyil əhd ilə peymanımız Həsrəti bir vaxt yaşadıq indisə Vəslə yetirdi bizi bu hadisə Açıldı eşqin qapısı üzümüzə Bezdirib məni külək İsladıb yağan yağış Mən yarımla barışdım Sən də barış, gül, danış Mən yarımla barışdım Sən də barış, gül, danış Eşqim aşıb daşır... Ayrılıq və həsrət arxada qaldı Həqiqət sonunda öz yerin aldı Eşqimiz artıq elə bir sədd çəkib Dərd – qəmin üstdən əbədi xətt çəkib Ayrılığa səbir elədik, nəhayət Sonda qovuşmaq oldu bizə qismət Açıldı eşqin qapısı üzümüzə Bezdirib məni külək İsladıb yağan yağış Mən yarımla barışdım Sən də barış, gül, danış Mən yarımla barışdım Sən də barış, gül, danış Sağ ol, sağ ol, ay Vüqar... Olimpiya binaları yan – yana Böyük qayğı göstərilir idmana Gəlir ölkəmizə qızıl medallar Açıldı bir neçə özəl kanallar Biz "Bakı-Ceyhan" kəmərini də açdıq Avropaya günəş şüası saçdıq Açıldı xeyli qapılar üzümüzə Bezdirib məni külək İsladıb yağan yağış Mən yarımla barışdım Sən də barış, gül, danış Mən yarımla barışdım Sən də barış, gül, danış Qapı da açıldı... "Bağlı Qapı" yaman düşərli oldu İlin "Grand" mükafatını da aldı Tanıyırdı bu xalq sənətkar bizi Bu mahnı lap etdi populyar bizi Nəhayət, sən Ədalətlə mən Vüqar Həsrətin qapısına tapmışıq açar Açıldı eşqin qapısı üzümüzə Bezdirib məni külək İsladıb yağan yağış Mən yarımla barışdım Sən də barış, gül, danış Mən yarımla barışdım Sən də barış, gül, danış