Qoca Çinar

Qoca Çinar

Ədalət Şükürov

Альбом: Qoca Çinar
Длительность: 4:01
Год: 2004
Скачать MP3

Текст песни

Bizim həyətimizdə bir çinar vardı
Onun ətrafında biz yığışardıq
Bir gecə yaxınlaşıb mən o ağaca
Qorxa-qorxa yazdım "A" üstəgəl "A"
Keçdi illər mən qayıtdım sevgimi yada saldım
Düşündüm bəlkə səni görəm yenə
Şahid idi o çinar yadımdadı o bahar
İlk dəfə sevirəm demişdim sənə
Qoca çinar bilirdi, qoca çinar bilirdi
Yalnız çinar bilirdi mənim sirrimi
Qoca çinar bilirdi, qoca çinar bilirdi
Yalnız çinar bilirdi mənim sirrimi
Çinarın kölgəsində dayanırdım mən
Gözləyirdim məktəbdən qayıdanda sən
Qonşular görərdi mənim bu halımı
Mənə çox qəribə baxardı hamı
Nə bilə idim ay çinar bahardan mənə qalan
Uşaqlıqdan mənim sevdiyim o qız
Axı sən şahid idin bir dostum da bilirdi
Kimə mən demişəm "sevirəm səni"
Qoca çinar bilirdi, qoca çinar bilirdi
Bir də dostum bilirdi mənim sirrimi
Qoca çinar bilirdi, bir də dostum bilirdi
Yaxın dostum bilirdi mənim sirrimi

Gəlib çinar altında yenə oturdum
Gördüm ki eyvanda dayanıb dostum
Yanında sən vardın dolandı başım
Demə dostum olub ömür yoldaşın
Keçdi illər mən qayıtdım sevgimi yada saldım
Düşündüm bəlkə səni görəm yenə
Şahid idi o çinar, yadımdadı o bahar
İlk dəfə sevirəm demişdim sənə
Sevirəm!
Qoca çinar bilirdi, qoca çinar bilirdi
Qoca çinar bilirdi mənim sirrimi
Bir də dostum bilirdi, mənim dostum bilirdi
Yaxın dostum bilirdi mənim sirrimi
Qoca çinar bilirdi, qoca çinar bilirdi
Bir də dostum, bilirdi mənim sirrimi
Qoca çinar bilirdi, qoca çinar bilirdi
Bir də dostum, bilirdi mənim sirrimi